TOKİO-2020: Güllə medallardan "çox aralı keçdi"

2 Avqust 2021 12:40 Tokio-2020 479
TOKİO-2020: Güllə medallardan "çox aralı keçdi"

Azərbaycan güllə atıcılığı yarışındakı təmsilçisi Ruslan Lunyovun olimpiadada çıxışı gözlənildiyi kimi yekunlaşıb.

Hava tapançasından 25 metrdən hədəfə atəş açma növündə çıxış edən Lunyov dünən və bu günkü təsnifat yarışlarından sonra final mərhələsindən kənarda qalıb.

Atıcımız 21-ci yeri tutub, həlledici mərhələyə isə ilk "altılıq"da yer alan iştirakçılar vəsiqə alıb.

Ruslan bir neçə gün əvvəl pnevmatik tapançadan 10 metr məsafədən hədəfə atəş açmada da uğursuz çıxış edərək 20-ci yeri tutmuşdu. Lunyov sosial şəbəkə hesabında öz çıxışını belə şərh edib:

"Bununla da mənim üçün Tokiodakı Olimpiada başa çatdı. Əlbəttə, pandemiya ili özünü göstərməyə bilməzdi.

Rəqiblərim öz yığmaları ilə məşq edəndə mənim tirim bütün qışı bağlı oldu. Tirsiz atıcılıq, susuz üzgüçülük kimidir.

Böyük olmayan istirahətdən sonra bütün səhvləri nəzərə almaqla növbəti mövsümə hazırlığa başlayacağam. Ümid edirəm ki, karantin mənim Paris-2024-ə hazırlığıma daha təsir etməyəcək”.

SPORTİNFO.AZ

Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"