TOKİO-2020: Azərbaycan yığmasının üzvü dözmədi və ağladı - FOTOLAR

27 İyul 19:40 Tokio-2020 639
TOKİO-2020: Azərbaycan yığmasının üzvü dözmədi və ağladı - FOTOLAR

Bilindiyi kimi, Azərbaycan cüdoçusu Murad Fətiyev Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.

Sportinfo.az xəbər verir ki, 81 kq çəki dərəcəsində çıxış edən həmyerlimiz 1/8 finalda Monqolustan təmsilçisi Səid Mollayi ilə üz-üzə gəlib.

Görüşün sonlarında Fətiyev ayağındakı zədə ilə bağlı tibbi yardıma ehtiyac duyub. Əsas vaxtda qalib müəyyənləşməyib.

Qızıl xal bölümündə burnundan qan açıldığı üçün azərbaycanlı cüdoçu növbəti dəfə həkimlərə müraciət edib.

Görüşü çətinliklə də olsa, davam etdirən Fətiyev rəqibinə fənd tətbiq etmək istərkən, özü əks-fəndə düşüb və vazari xalı ilə uduzaraq, olimpiada ilə vidalaşıb.

Murad görüşdən sonra göz yaşlarına hakim ola bilməyib və ağlayıb.

Azərbaycan Tokio-2020-də 9 cüdoçu ilə təmsil olunur. Daha əvvəl Kəramət Hüseynov (60 kq), Aişə Qurbanlı (48 kq), Orxan Səfərov (66 kq) və Rüstəm Orucov (73 kq) yarışı medalsız başa vurub.

Orucov bürünc medal uğrunda görüşdə uduzub və 5-ci yerlə kifayətlənib.

Xəbər Lenti
19 Sentyabr 16:00 İndi say, babam, say!