Azərbaycan olimpiyaçıları Tokioda - FOTO

19 İyul 2021 14:20 Tokio-2020 580
Azərbaycan olimpiyaçıları Tokioda - FOTO

Tokio Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan idmançılarının bir qrupu artıq Yaponiya paytaxtındadır.

Yarışda mübarizə aparacaq taekvondo, boks, cüdo və idman gimnastikası üzrə milli komandalarımız olimpiya şəhərinə çatıb.

Tokio-2020-nin təntənəli açılış mərasimi iyulun 23-də keçiriləcək. Ertəsi gün Bakı vaxtı ilə səhər 05:00-dan etibarən yarışlara start veriləcək.

Azərbaycan idmançılarından ilk olaraq mübarizəyə idman gimnastı İvan Tixonov, cüdoçular - Kəramət Hüseynov (60 kq) və Aişə Qurbanlı (48 kq), həmçinin boksçular - kubalı legionerlər Lorenso Sotomayor (69 kq) və Alfonso Dominges (81 kq) qoşulacaq.

SPORTİNFO.AZ

Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı