Azərbaycan və Türkiyə yığmaları eyni binada qalacaq

16 İyul 2021 23:20 Tokio-2020 1 132
Azərbaycan və Türkiyə yığmaları eyni binada qalacaq

Azərbaycan olimpiyaçıları Tokio-2020 Yay Olimpiya Oyunları zamanı Atletlər Kəndində Türkiyə idmançıları ilə eyni binada qalacaq.

Sportinfo.az xəbər verir ki, bu barədə Milli Olimpiya Komitəsinin (MOK) Mətbuat katibi Günay Malikqızı məlumat verib.

Onun sözlərinə görə, türkiyəli idmançıların sayı 108 nəfər olacaq: "Azərbaycan qardaş ölkə ilə yanaşı, Peru, Meksika və Çili ilə də qonşu olacaq. Yəni, sözügedən dövlətlərin idmançıları da həmin binada məskunlaşacaqlar".

Tokio-2020 23 iyul - 8 avqustda keçiriləcək. Azərbaycanı olimpiadada 44 idmançı təmsil edəcək.

Xəbər Lenti