Tokio-2020: Kimlər birinci başlayacaq?

15 İyul 2021 14:20 Tokio-2020 621
Tokio-2020: Kimlər birinci başlayacaq?

8 gün sonra - iyulun 23-də Tokio Olimpiadasının təntənəli açılış mərasimi keçiriləcək.

Medallar uğrunda mübarizə isə bundan 2 gün əvvəl başlayacaq.

Əvvəlki olimpiadalar futbol ilə başlasa da, bu dəfə Olimpiya Oyunlarında mübarizəyə softbol yarışı ilə start veriləcək. İyulun 21-də Bakı vaxtı ilə gecə saat 4-də Avstraliya və İspaniya yığmaları meydana çıxacaq.

Softbol fasilələrlə 3-cü dəfədir olimpiya proqramına daxil edilib. Bundan əvvəl Atlanta-96 və Pekin-2008-də olimpiadada softbol olub.

Tokio-2020-də softbol üzrə ilk qarşılaşmadan bir neçə saat sonra, Bakı vaxtı ilə 11:30-da isə qadınların futbol yarışına start veriləcək.

Bu növdə ilk görüş Böyük Britaniya ilə Çili komandaları arasında baş tutacaq. Kişilər arasında futbol yarışı isə açılış mərasimindən 1 gün əvvəl start götürəcək.

İyulun 22-si Bakı vaxtı ilə saat 11:30-da başlanacaq ilk matçda Misirlə İspaniya üz-üzə gələcək.

SPORTİNFO.AZ

Xəbər Lenti