Nadal “Bethoven”i satır

28 İyun 2019 18:24 Tennis 860
Nadal “Bethoven”i satır

“Böyük dəbliqə”nin 18 qat qalibi Rafael Nadal yaxtasını satışa çıxarıb.

Sportinfo.az xəbər verir ki, Nadal “Bethoven” adlı yaxtaya 2,5 milyon avro qiymət qoyub.

O, bu yaxtanı 2016-cı ildə almışdı. Nadal bildirmişdi ki, bu yaxtadan tənha qalmaq istəyəndə yararlanır.

“Bethoven”nin uzunluğu 23 metr, sürəti saatda 65 km-dir. Yaxtanın 4 yataq otağı var. O, yaxınları ilə bu yaxtada doğma Malyorka adalarında dəfələrlə üzüb.

Digər Xəbərlər
Xəbər Lenti