Azərbaycanın daha 2 taekvondoçusu DÇ-da dayandı

16 May 2019 18:24 Taekvondo 726
Azərbaycanın daha 2 taekvondoçusu DÇ-da dayandı

Azərbaycanın taekvondo millisi Böyük Britaniyanın Mançester şəhərində keçirilən dünya çempionatının ikinci gününü də medalsız başa vurub.

Sportinfo.az xəbər verir ki, bu gün mübarizəyə qoşulan Bəhruz Quluzadə (54 kq) və Məhəmməd Məmmədov (68 kq) ilk görüşdəcə məğlub olublar.

Onlar 1/64 final mərhələsində müvafiq olaraq pakistanlı Şahzaib Xan ilə Bosniya və Herseqovina təmsilçisi Nedzad Husiçə uduzublar.

İlk yarış günündə Qaşım Maqomedov 1/4 finalda mübarizəni dayandırıb. Azərbaycanın 10 taekvondoçu ilə təmsil olunduğu mundiala mayın 19-da yekun vurulacaq.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı