"Ermənistanın Qarabağda qurduğu təhlükəsizlik sistemi ermənilərin əli ilə məhv edilir"

31 Avqust 2023 03:50 Problem 2 222
"Ermənistanın Qarabağda qurduğu təhlükəsizlik sistemi ermənilərin əli ilə məhv edilir"

Dünən Qarabağda sülhməramlıların avtomobilinin dayandırılması və “sülhməramlı” qiyafəti altında guya “azərbaycanlı”nın müəyyən edilməsi ilə bağlı baş verən qarışıqlıq Qarabağ erməniləri içində yaşanan proseslərin əsas tendensiyalarını çox aydın göstərir.

Bu barədə yerli ekspert Arman Abovyan öz Telegram kanalında yazıb.

Onun sözlərinə görə, bununla əslində, rusların Qarabağdan və təbii olaraq Ermənistandan aqressiv şəkildə çıxarılması üçün zəmin hazırlanır və buradan əsas yararlanan Türkiyə-Azərbaycan tandemi, həmçinin kollektiv Qərb olacaq.

“Yəni faktiki olaraq belə çıxır ki, Ermənistanın Qarabağda qurduğu təhlükəsizlik sistemi ermənilərin əli ilə məhv edilir”,-deyə Abovyan qeyd edib.

Arman Abovyan bununla əlaqədar yerli publikaya daha bir sual ünvanlayıb-Qərb rus sülhməramlılarını NATO və ya BMT kontingenti ilə əvəz etməyə hazırdırmı?

Bu suala erməni şərhçi elə özü cavab verib.

“BMT sülhməramlıları ilə bağlı konsensusun əldə edilməsi mümkün deyil, çünki Təhlükəsizlik Şurasının son iclası bunun hətta nəzəri cəhətdən qeyri-real olduğunu göstərdi.

NATO-ya gəlincə, hər şey az-çox proqnozlaşdırıla bilər. NATO-nun sülhməramlıları adı altında buraya Türkiyə ordusu gələcək.

"İsveç sülhməramlıları" və ya "Fransa xarici legionu köməyimizə gələcək" haqqında bütün digər əfsanələr yalnız ciddi psixi və ya psixoloji problemləri olan insanlar üçün nəzərdə tutulub”,-deyə Arman Abovyan yazıb.

Digər Xəbərlər
Xəbər Lenti
18 Mart 11:00 Görürsüz, nə var?