Teymur Rəcəbovun imtina etdiyi turnir yarımçıq dayandırıldı

26 Mart 2020 14:08 Şahmat 691
Teymur Rəcəbovun imtina etdiyi turnir yarımçıq dayandırıldı

Rusiyanın Yekaterinburq şəhərindəki şahmat üzrə İddiaçılar Turniri dayandırılıb.

Sportinfo.az xəbər verir ki, buna Rusiya Federasiyası hökumətinin digər ölkələrlə hava əlaqəsinin kəsilməsi barədə qərarı səbəb olub.

Turnirin VIII turdan davam etdiriləcəyi açıqlanıb. Bərpa tarixi isə hələ məlum deyil.

7 turdan sonra fransalı Maksim Vaşye-Laqvar və rusiyalı Yan Nepomnyaşi hərəyə 4 xalla ilk 2 pilləni bölüşür. Vaşye-Laqrav yarışdan koronavirusa görə imtina etmiş Azərbaycan təmsilçisi Teymur Rəcəbovu əvəzləmişdi.

Rusiya Federasiyası martın 27-dən öz vətəndaşlarının çağırışı üçün reyslər istisna olmaqla, beynəlxalq uçuşları dayandıracaq.

Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!