Teymurun ilk yarımfinal görüşündə qalib müəyyənləşmədi

26 Sentyabr 2019 17:35 Şahmat 487
Teymurun ilk yarımfinal görüşündə qalib müəyyənləşmədi

Rusiyanın Xantı-Mansiysk şəhərində davam edən şahmat üzrə Dünya Kubokunda yarımfinal mərhələsinin ilki görüşləri oynanılıb.

Sportinfo.az-ın məlumatına görə, bu mərhələdə Azərbaycan qrossmeysteri Teymur Rəcəbov Fransa şahmatçısı Maksim Vaşye-Laqravla qarşılaşıb.

Tərəflər arasında ilk duel heç-heçə yekunlaşıb. Növbəti görüş sabah olacaq. Orada da bərabərlik qeydə alınarsa, qalib sentyabrın 28-də tay-breykdə müəyyənləşəcək.

İki Çin şahmatçısı - Dinq Liren və Yu Yanq Li arasındakı digər yarımfinal görüşü də heç-heçə bitib.

Dünya Kubokuna oktyabrın 4-də yekun vurulacaq. Sonuncu gün həlledici görüşlər üçün tay-breyk qarşılaşmaları nəzərdə tutulub. Turnirin mükafat fondu 1,6 milyon dollardır. Qalib 110 min dollar, finalçı isə 80 min dollar əldə edəcək.

Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"