Ermənilərlə danışıqlar “dalana dirəndi” - Bu ərazini geri qaytarmırlar

8 Mart 17:30 Gündəm 863
Ermənilərlə danışıqlar “dalana dirəndi” - Bu ərazini geri qaytarmırlar

Sülh prosesini pozmaqdan ötrü hər cür bəhanələr uyduran Nikol Paşinyan hakimiyyəti vəziyyəti gərginləşdirmək üçün ən müxtəlif absurdlara baş vurur.

Ermənistan baş nazirinin müavini, sərhədlərin delimitasiyası və demarkasiyası üzrə komissiyanın rəhbəri Mher Qriqoryanın ofisi Qazax rayonunun işğal altında saxlanılan kəndlərinin qaytarılması ilə bağlı avantürist məlumat yayıb.

Mher Qriqoryanın ofisindən "AzadlıqRadiosu"nun Ermənistan xidmətinin sorğusuna cavabda qeyd edilir: “Azərbaycanın 4 kəndi tələb etməsi əslində Ermənistanın 31 qeyri-anklav yaşayış məntəqəsinin ərazisinin "işğalı"nı tanımaqdan imtina etdiyini və Bakının öz qoşunlarını Ermənistan ərazisindən çıxartmaq niyyətində olmadığını təsdiq edir. Azərbaycan Ermənistanın 31 qeyri-anklav yaşayış məntəqəsinin həyati əhəmiyyət kəsb edən ərazilərinin Azərbaycanın “işğal”ı altında olduğunu etiraf etməkdən imtina edərək Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli, Qızl Hacılı toponimlərini irəli sürür", - deyə baş nazirin müavininin ofisindən bildirib. Ermənistan hökumətinin yaydığı məlumatda Qazax rayonunun qeyri-anklav kəndləri Tavuş vilayətinin əraziləri kimi təqdim edilir. “Məsələn, Gürcüstana gedən dövlətlərarası yol Aşağı Əskiparanın yaxınlığından keçir”, - deyə qeyd edilir. Mher Qriqoryanın ofisi Ermənistanın 31 kəndlə bağlı tələblərini də izah edib. Hökumətdən göndərilən cavab məktubunda şərti sərhədə yaxın 31 kəndin ərazisinin bir hissəsinin guya hələ 1990-cı illərdə Birinci Qarabağ müharibəsi zamanı, digər hissəsinin isə 2021-2022-ci illərdə Azərbaycanın işğalı nəticəsində Azərbaycanın nəzarətinə keçdiyi iddia edilir. Mher Qriqoryanın Aparatının açıqlaması rəsmi mövqeyi əks etdirdiyi üçün Ermənistanın Azərbaycana qarşı növbəti ərazi iddiası kimi qiymətləndirilə bilər. Yəni rəsmi İrəvan Azərbaycanın işğal altında saxladığı 8 kəndini nəinki qaytarmaq istəmir, üstəlik, həmin yaşayış məntəqələrini Ermənistan ərazisi kimi təqdim edir.

Bu arada Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Edvard Asryan “Yerablur” panteonunda jurnalistlərlə söhbətində deyib ki, Ermənistan Silahlı Qüvvələri düşmənin hərəkətini izləyir, hazırda heç bir cəmləşmə yoxdur. O, Azərbaycanın sərhədə qüvvə toplamadığını bildirib. “Mən əməliyyat şəraitini nisbətən stabil qiymətləndirirəm”, - deyə Asryan bildirib. Azərbaycanın mövqelərinin Nerkin And kəndinə yaxın yerləşməsinə gəlincə, Baş Qərargah rəisi jurnalistlər arasında maarifləndirici proqram keçirmək qərarına gəlib və təmas xəttinin nə olduğunu izah etməyə başlayıb. General deyib: “Təmas xətti elə bir quruluşdur ki, orada həm bizim, həm də düşmən tərəfin mövqeləri yerləşir və əgər düşmənin 20 mövqeyi varsa, yəqin ki, bizim tərəfdə də o qədərdir, onların sayını açıqlamayacağıq”.

Digər Xəbərlər
Xəbər Lenti