Şəhriyar Kasparovu yenə məğlub etdi, 6-cı yeri tutdu

12 İyul 2021 00:00 Şahmat 567
Şəhriyar Kasparovu yenə məğlub etdi, 6-cı yeri tutdu

“Grand Chess Tour” şahmat seriyasının üçüncü mərhələsinin - Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən "Croatia Grand Chess Tour”un blits turnirində son 9 turun partiyaları oynanılıb.

Sportinfo.az xəbər verir ki, startda 10-cu turda fransalı Maksim Vaşye-Laqrav ilə heç-heçə edən Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov sonrakı qarşılaşmalarda rusiyalı Yan Nepomnyaşi, niderlandlı Jorden Van Forest, Rusiyanın daha bir şahmatçısı Aleksandr Qrişuk, polşalı Yan-Kşıştof Duda, eks-dünya çempionu, Rusiyanı təmsil edən Harri Kasparov üzərində qələbə qazanıb.

On altıncı turda ukraynalı Anton Korobova məğlub olan şahmatçımız son turda keçmiş dünya çempionu hindistanlı Vişvanatan Anandla heç-heçə edib.

Təmsilçimiz son turda niderlandlı Aniş Giriyə məğlub olub. Beləliklə 18 turda 10 xal toplayan Şəhriyar Məmmədyarov 6-cı yeri tutub.

Bundan əvvəl turnir çərçivəsində rapid yarışı keçirilib. Yekun nəticələrə görə Şəhriyar Məmmədyarov 9 xalla 6-cı yerdə qərarlaşıb.

Şəhriyar Məmmədyarov seriyanın birinci yarışının - "Superbet Chess Classic Romania"nın qalibi olub.

Xəbər Lenti