Azərbaycan geniş heyətlə təmsil olunacaq - “Serbia Chess Open 2021”də

2 İyul 2021 00:14 Şahmat 491
Azərbaycan geniş heyətlə təmsil olunacaq - “Serbia Chess Open 2021”də

İyulun 2-dən 8-dək Serbiyanın paytaxtı Belqradda birinci beynəlxalq "Serbia Chess Open 2021" şahmat turniri keçiriləcək.

Sportinfo.az xəbər verir ki, yarışda Azərbaycan geniş heyətlə təmsil olunacaq.

Belə ki, turnir çərçivəsində keçiriləcək "Masters" yarışında Eltac Səfərli, Vüqar Əsədli, Aydın Süleymanlı, Misrətdin İsgəndərov, Ülvi Sadıqov, Vüqar Rəsulov, Məhəmməd Muradlı, Əhməd Əhmədzadə, Xəzər Babazadə, Pərviz Qasımov, Read Səmədov, Toğrul Həsənzadə, Gövhər Beydullayeva iştirak edəcəklər.

"Amateurs" turnirində isə Sadiq Qarayev, Nəsrin Babayeva, Nazlı Hümbətova, Ramazan Şərifov mübarizə aparacaqlar.

"Serbia Chess Open 2021"də 42 ölkədən 400-dən yuxarı şahmatçı iştirak edəcək.

Digər Xəbərlər
Xəbər Lenti