Teymur Rəcəbov bu gün dünya çempionu ilə qarşılaşacaq

28 May 2021 15:20 Şahmat 667
Teymur Rəcəbov bu gün dünya çempionu ilə qarşılaşacaq

Şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun VI mərhələsi olan "The FTX Crypto Cup"da bu gün yarımfinal görüşləri keçiriləcək.

Sportinfo.az xəbər verir ki, 1/4 finalda niderlandlı Aniş Girini mübarizədən kənarlaşdıran 34 yaşlı qrossmeyster finala gedən yolda Karlsenlə üz-üzə gələcək.

Rəcəbov ilk matçını qara fiqurlarla oynayacaq.

İki gün davam edəcək qarşılaşmaların ardından qalib müəyyənləşməsə, tay-brek oynanılacaq. Bu raundun digər cütündə isə ABŞ təmsilçisi Uesli So rusiyalı Yan Nepomnyaşi ilə qüvvəsini sınayacaq.

Yarımfinalda qarşılaşacaqlar

Maqnus Karlsen (Norveç) - Teymur Rəcəbov (Azərbaycan)

Uesli So (ABŞ) - Yan Nepomnyaşi (Rusiya)

Teymur Rəcəbov təsnifat mərhələsində 8,5 xal yığaraq, Karlsenlə 6-7-ci yerləri bölüşüb. Bu nəticə onun 1/4 finala vəsiqə qazanmasına imkan verib. Azərbaycanın digər şahmatçısı Şəhriyar Məmmədyarov isə 7,5 xalla 10-cu yeri tutub və mübarizəni dayandırıb.

Turnirin mükafat fondu 220 min ABŞ dolları və 100 min dollar məbləğində bitkoin bonusdur.

Digər Xəbərlər
Xəbər Lenti