Azərbaycan şahmatçıları üçün uğursuz gün - Çempionlar Turu

15 Mart 2021 10:00 Şahmat 2 238
Azərbaycan şahmatçıları üçün uğursuz gün - Çempionlar Turu

Şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun 4-cü mərhələsində ikinci oyun gününə yekun vurulub.

Sportinfo.az xəbər verir ki, “Magnus Carlsen Invitational” adlanan yarışda Azərbaycan təmsilçiləri Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov bu gün daha 5 görüş keçiriblər.

Məmmədyarov 6-cı turda FİDE bayrağı altında çıxış edən Alireza Firuzcaya, 7-ci turda Maqnus Karlsenə, 8-ci turda ispaniyalı David Antona uduzub. 9-cu turda isveçli Nils Qrandeliusa qalib gələn Şəhriyar, 10-cu turda da Niderland təmsilçisi Aniş Giriyə məğlub olub.

Teymur isə günü qələbəsiz başa vurub. O, ilk 3 partiyada ABŞ-dan olan Hikaru Nakamura, niderlandlı Yorden van Forest və fransalı Maksim Vaşye-Laqravla sülh bağlayıb.

9-cu turda Alireza Firuzcaya məğlub olan Rəcəbov, 10-cu turda Maqnus Karlsenlə heç-heçə edib.

6-cı tur
Şəhriyar Məmmədyarov – Alireza Firuzca (FIDE) – 0:1
Teymur Rəcəbov – Hikaru Nakamura (ABŞ) – 0,5:0,5

7-ci tur
Yorden van Forest (Niderland) – Teymur Rəcəbov – 0,5:0,5
Maqnus Karlsen (Norveç) – Şəhriyar Məmmədyarov – 1:0

8-ci tur
Şəhriyar Məmmədyarov – David Anton (İspaniya) – 0:1
Teymur Rəcəbov – Maksim Vaşye-Laqrav (Fransa) – 0,5:0,5

9-cu tur
Alireza Firuzca (FIDE) – Teymur Rəcəbov – 1:0
Nils Qrandelius (İsveç) – Şəhriyar Məmmədyarov – 0:1

10-cu tur
Aniş Giri (Niderland) – Şəhriyar Məmmədyarov – 1:0
Teymur Rəcəbov – Maqnus Karlsen (Norveç) – 0,5:0,5

Turnirin ümumi mükafat fondu 220 min ABŞ dollarıdır. Qalib şahmatçı 60 000, finalçı 40 000, 3-cü yerin sahibi isə 25 000 ABŞ dolları qazanacaq. Yarış martın 21-də yekunlaşacaq.

Xəbər Lenti