"Qarabağ" məşhurla yolları ayırmaq nöqtəsinə çatdı – SON DURUM!

9 Sentyabr 2023 12:20 Qarabağ 11 908
"Qarabağ" məşhurla yolları ayırmaq nöqtəsinə çatdı – SON DURUM!

"Qarabağ" Avropa Liqasının qrup mərhələsinin oyunları üçün sifariş ərizəsini UEFA-ya göndərib.

Baş məşqçi Qurban Qurbanov heyətə 25 futbolçunun adını daxil edib.

Qapıçılar: Luka Quqeşaşvili, Amin Ramazanov, Andrey Lunyov

Müdafiəçilər: Rahil Məmmədov, Maksim Medvedev, Bəhlul Mustafazadə, Marko Veşoviç, Abbas Hüseynov, Elvin Cəfərquliyev, Toral Bayramov, Bədavi Hüseynov, Kevin Medina, Mateus Silva

Yarımmüdafiəçilər: Julio Romao, Yasin Benzia, Marko Yankoviç, Abdullah Zubir, Leandro Andrade, Riçard Almeyda, Patrik Andrade, Nihad Quliyev

Hücumçular: Hamidu Keyta, Juninyo, Redon Cica, Nəriman Axundzadə

"Qarabağ" qrup mərhələsində, "Bayer" (Almaniya), "Hekken" (İsveç) və"Mölde" (Norveç) ilə mübarizə aparacaq.

Adama Diakabi siyahıda yer almayıb. Bu da təsadüfi deyil. Fransalı hücumçu ilə əməkdaşlıq bitmək üzrədir.

27 yaşlı legioner bu ilin yanvarından "Qarabağ"da çıxış edirdi. Ağdam klubunda bu mövsüm 8 oyuna çıxıb və 2 qol vurub. İndi isə yolların ayırması an məsələsidir.

Tərəflər bu konteksdə ümumi razılığa gəlib. Beləcə, 3 illik sözləşməyə vaxtından əvvəl xitam verilməsi qərara alınıb.

Saytımız Diakabinin Azərbaycandan getmək üzrə olmasını hələ xeyli müddət bundan əvvəl yazıb (https://www.sportinfo.az/idman_xeberleri/qarabag/177483.html).

Onda bu xəbərə inanan və istinad edən az idi. Halbuki biz o vaxt da bildirmişdik ki, «Monako»nun yetirməsinin performansı Qurban Qurbanovu qane etmir və narazılığını səbəbkarın özünə də bildirib.

Bu aralar fransıza bir neçə ölkədən təklif gəlib. Onu icarəyə götürmək istəyənlər də olub. Diakabi bu varianta isti yanaşmayıb.

Vaxtilə Fransada ən istedadlı futbolçulardan biri sayılan Diakabi iki problem yaşayır - səhhəti və şəxsi həyatı ilə əlaqəli.

İllər əvvəl ayağından aldığı zədə imkan vermir ki, öz formasına qayıtsın. Bu tərəfdən isə ailədaxili gərginlik içindədir.

Həyat yoldaşı Bakıda yaşamaq istəmir və ona narahatlıq yaradır. Əlbəttə ki, üzləşdiyi çətinliklər «Qarabağ»da özünü göstərməsinə mane olur. Və bu da axırı…

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!