Qənirə Paşayevanın xatirə turnirinin açılış mərasimi keçirildi

16 Dekabr 2023 12:20 Şahmat 886
Qənirə Paşayevanın xatirə turnirinin açılış mərasimi keçirildi

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri olmuş mərhum millət vəkili Qənirə xanım Paşayevanın xatirəsinə həsr edilmiş şahmat turnirinin açılış mərasimi keçirilib.

Turnir “Nəfəs” İctimai Birliyinin və “Məmmədyarovlar Şahmat Məktəbi”nin birgə təşkilatçılığı, Azərbaycan Şahmat Federasiyasının dəstəyi ilə “Ramada by Wyndham Baku”da keçirilir.

Tədbirin aparıcısı, Milli Məclisin Mədəniyyət Komitəsinin eksperti Əkbər Qoşalı öncə iştirakçıları şəhidlərimizin və Qənirə Paşayevanın ruhuna sayğı duruşuna, ardından Dövlət Himnini oxumağa dəvət edib.

Sonra mərhum Komitə sədrinin xatirəsinə hazırlanmış video-çarx nümayişi olunub.

Açılış törənində qadınlar arasında beynəlxalq qrossmeyster, “Məmmədyarovlar Şahmat Məktəbi”nin rəhbəri Zeynəb Məmmədyarova, Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov, millət vəkili Arzu Nağıyev, Paralimpiya çempionu, “Şöhrət” ordenli Əməkdar idman ustası, qazi İlham Zəkiyev, “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İB-nin sədri Arzu Bağırova, “Nəfəs” İB-nin sədri Firəngiz Balakişiyeva və Qənirə Paşayevanın qardaşı Aslan Paşayev çıxış edib.

Çıxışlarda Qənirə xanımın həyat və fəaliyyətindən söz açılıb, özünün şahmat həvəskarı olması, yeniyetmə və gənclərin şahmata marağının artması yönündə çağırışları minnətdarlıqla vurğulanıb.

Tədbirdə tanınmış şahmatçılar, təşkilatçı qurumların fəalları, vətəndaş cəmiyyəti institutlarının rəhbərləri, Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın üzvləri və digərləri iştirak edib.

Açılış törəninin ardınca rəsmi qonaqlar lider masalara yaxınlaşıb, “ilk gediş” ediblər və sonra turnir start götürüb.

Qeyd edək ki, turnir dekabrın 21-dək davam edəcək.

Turnirin baş hakimi beynəlxalq dərəcəli hakim Elşad Abdullayev, onun köməkçisi milli hakim Fidan Talıbovadır.

Turnirin sonunda qaliblərə diplom, pul mükafatı və qiymətli hədiyyələr, bütün iştirakçılara müvafiq sertifikat və xatirə hədiyyəsi təqdim olunacaq. Gələcəkdə turnirin türk ölkə və topluluqlarının, ümumən müxtəlif ölkələrin nüfuzlu şahmatçılarının iştirakı ilə davamlı olaraq keçirilməsi nəzərdə tutulub.

Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"