“Qarabağ” satışa çıxardı: Ondan cəmi 100 ədəddir - FOTO

29 Dekabr 2023 13:40 Qarabağ 966
“Qarabağ” satışa çıxardı: Ondan cəmi 100 ədəddir - FOTO

“Qarabağ” Xankəndidə keçirilən Azərbaycan Kubokunun 1/8 final oyunu üçün hazırlanmış xüsusi formaları satışa çıxarıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, MOİK-lə qarşılaşmaya özəl hazırlanmış məhdud sayda sertifikatlı formalar fanşopda satışdadır.

İşğaldan azad olunduqdan sonra Xankəndi şəhər stadionunda təşkil olunan tarixi qarşılaşmanın əzəmətini və qürurunu özündə əks etdirən 100 ədəd özəl qablaşdırmalı və sertifikatlı futbol geyimi sahibini gözləyir. Forma rəngləri ağ, göy və qaradır.

Dekabrın 21-də keçirilən görüşdə “Qarabağ” MOİK-i 1:0 hesabı ilə məğlub edib.

Digər Xəbərlər
Xəbər Lenti