Gənc şpaqaçılarımız 1/64 finalda dayandı

6 Fevral 2019 12:48 Qılıncoynatma 630
Gənc şpaqaçılarımız 1/64 finalda dayandı

Serbiyanın paytaxtı Belqradda gənc şpaqaçıların dünya kubokunun mərhələsinı yekun vurulub.

Sportinfo.az xəbər verir ki, Ruslan Həsənov qrupda 6 görüşün 3-ündə qalib gələrək, pley-offa vəsiqə qazanıb. Burada Macarıstan idmançısı Nandor Zakmari üzərində qələbə qazanıb,

1/64 finalda italiyalı Alessandro Ciniyə məğlub olub. Qrupda keçirdiyi 5 görüşdən 3-ünü qələbə ilə başa vuran Barat Quliyev pley-ofda belaruslu İvan Baxvalaunu yenib, sonra fransalı Teo Kollinə yenilib.

Xalid Əliyev pley-offda rusiyalı Aleksandr Sobolevə uduzub. Kənan Məlikzadə qrupda qalıb.

Qılıncoynadanlarımız komanda yarışında 1/16 finalda Qazaxıstan yığmasına uduzub.

Digər Xəbərlər
Xəbər Lenti