“Sülh üçün silah?” - Bakıya qarşı müharibə hazırlığı

14 Noyabr 2023 13:30 Gündəm 873
“Sülh üçün silah?” - Bakıya qarşı müharibə hazırlığı

“Sülh üçün silah?” Fransanın Ermənistanı silahaldırması fonunda Avropa İttifaqının Bakı və İrəvan arasında Brüssel görüşünün keçirmək istəkləri bu sualı aktuallaşdırır. Və açıq paradoks yaradır.

- Əgər Avropa Azərbaycan və Ermənistan arasında sülh danışıqlarını dəstəkləyirsə və yaxın müddətdə sazişin imzalanmasına çalışırsa, o zaman İrəvan nə üçün silahlandırılır?

- Avropa İttifaqı sülh istəyirsə, aparıcı üzvü olan Fransanın Ermənistanı silahlandırmasına qarşı niyə çıxmır?

- Rəsmi Bakı danışıqların tərəflərindən birinin – Ermənistanın silahlandırıldığı Brüssel formatına niyə maraq göstərməlidir?!

Fransadan göndərilən hərbi texnikanın Gürcüstandan keçərək, Ermənistana aparılması haqda yayılan informasiyalar Cənubi Qafqazda sülh perspektivinin ciddi təhlükə altında olduğunu əyani şəkildə göstərdi. “Acmat” şirkətinin istehsalı olan çoxməqsədli “Bastion” zirehli texnikasının artıq Ermənistana çatdığı haqda məlumatlar var. Bu, Fransa və Ermənistan arasında sazişin imzalanmasından sonra İrəvana göndərilən silah partiyasıdır.

Hərçənd, ötən ay Paris və İrəvan arasında imzalanan sazişdə Ermənistana “Thales” şirkətinin istehsalı olan üç Ground Master 200 (GM200) radar sistemi və “Mistral” yaxın mənzilli hava hücumundan müdafiə sistemlərinin veriləcəyi qeyd olunur. “Bastion” texnikası sazişdə əksini tapmayıb. Bu, iki faktı ortaya çıxarır:

Birincisi, Fransa Ermənistana təkcə ictimaiyyətə açıqlanandan daha çox silah-sursat göndərir;
İkincisi, sazişdə əksini tapaın silahlar “özünümüdafiə məqsədi” xarakterli olsa da, hücum silahlarının sazişdən kənar – gizli şəkildə İrəvana verildiyi şübhəsizdir;

Rəsmi Paris isə İrəvana verilən silahların “müdafiə xarakterli olduğunu” əsas gətirərək, “heç bir ölkəyə qarşı yönəlmədiyi” iddia edir. Əslində isə Fransanın Ermənistanı silahlandırmasını iki mərhələdə dəyərləndirmək olar: “müdafiə xarakterli” olduğu deyilən silahlar rəsmi şəkildə, hücum silahları isə qeyri-rəsmi şəkildə verilir;

Ermənistanı silahlandıran Fransanın iki hədəfi var:

- Cənubi Qafqazda sülh perspektivini baltalamaq;
- Ermənistanı Azərbaycana hücuma təhrik etmək;


Bölgədə yaranmış yeni reallıqlar fonunda Parisin bu planı işə saldığı aydın görünür. Qarabağda erməni separatizminin ləğvindən sonra Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması üçün heç bir maneə qalmayıb. 24 saatlıq antiterror tədbirlərindən sonra Prezident İlham Əliyev bəyan etdi ki, “Azərbaycanın tarixində yeni bir səhifə açılır, bu, həm Azərbaycan xalqının, həm də bütün Cənubi Qafqaz regionu ölkələrinin və xalqlarının rifahı naminə sülhə nail olmaqdır”.

Beləliklə, Azərbaycan Ermənistana sülh əlini bir daha uzatdı. Və danışıqlar masasındakı məsələlərə nəzər yetirdikdə - ərazi bütövlüyünü qarşılıqlı şəkildə tanınması, kommunikasiyanın açılması və sərhədin delimitasiyası – tərəflər arasında anlaşmanın uzaq olmadığını demək mümkündür. Lakin Ermənistan üfüqdə görünən sülhdən müxtəlif bəhanələrlə yayınır. Gah kommunikasiyanın açılmasında yeni iddialar ortaya atır, gah sərhədin delimitasiyası üçün yeni tələblər irəli sürür. Aydın görünür ki, İrəvan sülh prosesini dalana salmaq niyyətindədir və bunun məhz Fransanın planı olduğu da sirr deyil.

Cənubi Qafqazda İrəvanı platforma olaraq istifadə edən Fransa Rusiyanı əvvəlcə Ermənistandan, daha sonra bölgədən çıxarmaq, onun yerini tutmaq niyyətindədir. Bu planda Bakı və İrəvan arasında sülh sazişinin regional çərçivədə imzalanmaması da yer alır. Nikol Paşinyanın Qərb masasına can atması da bundan qaynaqlanır. Lakin Fransanın planı təkcə siyasi yollarla sülh sazişinin qarşısını almaq yox, bölgəni yenidən qana boyamaqdır. Parisin nə edəcəyi artıq daha açıq görünür:

- Silahlandırdığı Ermənistanı Azərbaycana hücuma təhrik etmək;
- Eskalasiya yaratmaqla Bakı-İrəvan xəttində sülh danışıqlarını arxa plana keçirmək;
- Sərhəd təxribatları ilə Ermənistanın KTMT-dən çıxışını təmin etmək, Rusiyanı “təhlükəsizlik müttəfiq”liyindən çıxarmaq və onun yerini tutmaq;


Bu baxımdan, Ermənistana göndərilən silahların Azərbaycana tuşlandığı bəllidir. Burada əsas məqamlardan biri Avropa İttifaqının sərgilədiyi mövqedir. Rəsmi Brüssel Bakı və İrəvan aradında sülh danışıqlarına vasitəçiliyini davam etdirmək istəyir. İndiyə qədər Brüssel formatında keçirilən danışıqları uğursuz hesab etmək olmaz, amma Aİ-nin de-fakto Fransanın çətiri altına keçdiyi və Makron Administrasiyasının dağıdıcı xarici siyasətinə ortaq olduğu reallıqları bu formatı sual altına saldı. Avropanın bir tərəfdən Ermənistanı silahlandırması, digər tərəfdən, “sülh çağırışları” etməsi ziddiyyətli olduğu qədər, həm də ikiüzlülükdür.

Və bütün bunlar rəsmi Bakının Brüssel formatından imtina etməsini şərtləndirir. Çünki danışıqların tərəflərindən birini (Ermənistan) digərinə (Azərbaycana) qarşı silahlandıran “vasitəçi”, yumşaq desək, obyektiv ola bilməz. Brüsselin vasitəçilik missiyasının sual altınsa düşməsinin, eləcə də Ermənistanın silahlandırılması nəticəsində bölgədə baş verə biləcək eskalasiyaların bütün məsuliyyəti də Avropa İttifaqının və bütün Avropanın maraqlarını yarıtmaz siyasətinə qurban verən Fransanın üzərinə düşür.

Asif Nərimanlı

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"