“Qarabağ” şansımızı son tura saxladı” – Türk məşqçi

4 Dekabr 2020 16:40 Qarabağ 886
“Qarabağ” şansımızı son tura saxladı” – Türk məşqçi

“Vilyarreal”a qalib gəlsəydik, son turda “Makkabi” ilə matçda heç-heçə sərf edəcəkdi”.

Sportinfo.az xəbər verir ki, bunu “Sivasspor”un məşqçisi Bülənt Albayrak Avropa Liqasının qrup mərhələsində “Vilyarreal”la (İspaniya) keçirilən oyundan sonra deyib.

Sivaslılar rəqibə 0:1 hesabı ilə məğlub olsa da, İsrail təmsilçisi “Makkabi”nin Azərbaycan çempionu “Qarabağ”la bərabərə qalması (1:1) səbəbindən şansını davam etdirib.

Baş məşqçi Rıza Çalımbay koronavirusa yoluxduğu üçün komandanı meydana çıxaran Bülənt Albayrak İsrailə yalnız qələbə üçün yollanacaqlarını söyləyib:

“Makkabi”nin “Qarabağ” önündə büdrəməsi şansımızı son tura saxladı. Belə bir məqamda “Vilyarreal”a uduzmaqla heç-heçə etmək arasında heç bir fərq görmürəm.

Hər iki halda son turda qələbə yeganə çarədir. Təl-Əvivə final görüşünə çıxmağa gedəcəyik. “Makkabi”ni səfərdə üstələyəcək gücdəyik”.

Dekabrın 10-da keçiriləcək son tur oyunlarında “Sivasspor” “Makkabi”nin, “Qarabağ” isə “Vilyarreal”ın qonağı olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"