Azərbaycanın ən yaxşı futbolçusu, bilirsiz, kimdir?

4 Dekabr 2020 14:40 Qarabağ 1 677
Azərbaycanın ən yaxşı futbolçusu, bilirsiz, kimdir?

Avropa Liqasında futbolçuların reytinq siyahısı açıqlanıb.

Sportinfo.az xəbər verir ki, qrup mərhələsinin V turundan sonra cədvələ Nikolas Pepe başçılıq edir.

İngiltərə “Arsenal”ının futbolçusunun aktivində 8814 xal var. Fransa “Lill”inin türk hücumçusu Yusuf Yazıçı 8368 xalla ikincidir. İlk “üçlüy”ü Almaniya təmsilçisi “Bayer”in oyunçusu Leon Beyli qapayır – 7714 xal.

Turnirdə iştirak edən yeganə Azərbaycan klubu “Qarabağ”ın heyətində ən yaxşı Abdullah Zubirdir. O, 3045 xalla 180-ci sırada yer alıb. Şahruddin Məhəmmədəliyev 2836 xalla 216-cı, Donald Gerye 2398 xalla 295-ci pillədədir.

Şahruddin həm də Azərbaycanın ən yaxşı futbolçusudur. 1104 xala malik İsmayıl İbrahimli 596-cı, aktivində 580 xal olan Mahir Emreli 757-ci sıradadır.

Digər Xəbərlər
Xəbər Lenti