İspaniyalı məşhur məşqçi "Qarabağ"a öz mesajını verdi

4 Dekabr 2020 10:40 Qarabağ 1 281
İspaniyalı məşhur məşqçi "Qarabağ"a öz mesajını verdi

"90 dəqiqə ərzində mübarizə apardıq. Nə lazımdırsa, onu etdik.

Nəticədə 3 xal qazandıq və bu, bizim növbəti mərhələyə çıxmağımıza şərait yaratdı".

Sportinfo.az xəbər verir ki, bunu "Vilyarreal"ın baş məşqçisi Unay Emeri Avropa Liqasının qrup mərhələsinin V turunda Türkiyədə "Sivasspor" 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransında deyib.

İspaniyalı mütəxəssis futbolçularından razı qaldığını bildirib: "Məqsədimizə nail olduq. İlk gündən bunu hədəfləyirdik. Komanda olaraq, yaxşı təsir bağışladıq. Oyun ərzində konsentrasiyanı itirmədik".

Emeri I qrupun son turunda evdə "Qarabağ"a qarşı keçirəcəkləri görüşə də toxunub: "Artıq 1/16 final mərhələsinə vəsiqəni təmin etmişik. Bu bizi rahatlaşdırdı. Amma bu, arxayınlaşmağımıza səbəb ola biləcək rahatlıq deyil. "Qarabağ"la oyuna da qələbə üçün çıxacağıq".

Dekabrın 10-da baş tutacaq "Vilyarreal" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti