"Futbolçular çalışırdı, mən onlardan razı, nəticədən narazıyam"

4 Dekabr 2020 01:10 Qarabağ 411
"Futbolçular çalışırdı, mən onlardan razı, nəticədən narazıyam"

“Yaxşı oyun keçirdik. Evdə keçirəcəyimiz son turda növbəti mərhələyə çıxmaq üçün mübarizə aparacağıq”.

Sportinfo.az xəbər verir ki, bunu Təl-Əviv “Makkabi”sinin baş məşqçisi Giorgios Donis deyib.

O, Avropa Liqasının V turunun “Qarabağ”la səfər oyunu (1:1) barədə fikirlərini açıqlayıb: “Son dəqiqələrdə bildik ki, “Vilyarreal” “Sivasspor”a 1:0 hesabı ilə qalib gəlir.

Lakin biz sonadək vuruşduq, son dəqiqəyədək qələbə üçün mübarizə apardıq. Qol imkanlarımız da oldu. Futbolçular çalışırdı, mən onlardan razıyam. Yalnız nəticədən narazıyam. Növbəti matça final kimi yanaşırıq. Özümüzə inanırıq. Mərhələ keçmək üçün yaxşı şansımız var”.

Digər Xəbərlər
Xəbər Lenti