"Yaxşı mübarizə apardıq, xarakter göstərdik" - "Qarabağ"ın məşqçisi

4 Dekabr 2020 00:30 Qarabağ 476
"Yaxşı mübarizə apardıq, xarakter göstərdik" - "Qarabağ"ın məşqçisi

"Çətin oyun oldu, yaxşı komandaya qarşı oynadıq”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın məşqçisi Elçin Rəhmanov deyib.

O, Avropa Liqasının qrup mərhələsinin V turunun “Makkabi” (Təl-Əviv, İsrail) ilə İstanbulda keçirilən ev oyunu (1:1) barədə fikirlərini açıqlayıb: “Qələbə üçün meydana çıxmışdıq.

Oyunun gedişatı onu göstərirdi ki, hər iki komanda fərqlənə bilərdi, yekunda 1 xal qazandıq. Futbolçulara təşəkkür edirəm, yaxşı mübarizə apardılar, xarakter göstərdilər".

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov koronavirusa yoluxduğu üçün matça yollanmayıb.

Digər Xəbərlər
Xəbər Lenti