Qurban Qurbanov yalnız bir dəfə… İKİNCİ OLMASIN

3 Dekabr 2020 17:40 Qarabağ 558
Qurban Qurbanov yalnız bir dəfə… İKİNCİ OLMASIN

“Qarabağ” bu gün Avropa Liqasının qrup mərhələsində son ev oyununu keçirəcək.

Sportinfo.az xəbər verir ki, cari mövsüm qrupdakı rəqiblərini qardaş Türkiyənin İstanbul şəhərindəki “Başakşəhər Fatih Terim” stadionunda qəbul edən ağdamlılar burada xal qazana bilməyib.

“Vilyarreal”a 1:3, “Sivasspor”a 2:3 hesabı ilə uduzan Qurban Qurbanovun yetirmələri uğursuz seriyaya Təl-Əviv “Makkabi”si ilə qarşılaşmada son qoymalıdır. Ardıcıl 7-ci dəfə avrokubokların qrupunda çıxış edən “Qarabağ” yalnız bir dəfə evdə xal qazanmayıb.

Bu, 2018/19 mövsümündə qeydə alınıb. Həmin vaxt yeganə qələbəsini səfərdə qazanan ağdamlılar hər üç ev matçında uduzub.

Ümumiyyətlə, “Qarabağ” qrupda keçirdiyi oyunlarda öz meydanında 2 qələbə qazanıb, 7 heç-heçə edib və 11 dəfə uduzub. 16 qol vuran təmsilçimiz 36 top buraxıb.

2015/16 və 2016/17 mövsümlərində rekord sayda – 4 xal toplayan Qurbanovun yetirmələri üçün artıq həmin göstərici əlçatmazdır. Lakin “Qarabağ” 2 qol vursa, 4 il əvvəlki ən yaxşı ev məhsuldarlığını təkrarlayacaq.

“Qarabağ” qrup mərhələsinin ev oyunlarında

2014/15

3

0

2

1

1-2

2

AL

2015/16

3

1

1

1

2-2

4

AL

2016/17

3

1

1

1

5-4

4

AL

2017/18

3

0

1

2

1-6

1

ÇL

2018/19

3

0

0

3

1-10

0

AL

2019/20

3

0

2

1

3-6

2

AL

2020/21

2

0

0

2

3-6

0

AL

Cəmi

20

2

7

11

16-36

13

Digər Xəbərlər
Xəbər Lenti