“Qarabağ”ın üzləşdiyi PROBLEM YIĞINI - İKİ VİDEO

3 Dekabr 2020 10:40 Qarabağ 453
“Qarabağ”ın üzləşdiyi PROBLEM YIĞINI - İKİ VİDEO

Sportinfo.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində mübarizə aparan “Qarabağ” bu gün son ev matçına çıxacaq.

Rəqiblərini Türkiyənin İstanbul şəhərində qəbul edəcək Ağdam təmsilçisi qrupdakı 3-cü ev maçını da “Başakşəhər Fatih Terim” stadionunda keçirəcək.

Son iki turun nəticəsindən asılı olmayaraq, qrupda 4-cü yeri tutması rəsmiləşən Azərbaycan çempionu Təl-Əviv “Makkabi”si ilə qarşılaşacaq.

Mahir Emreli bu oyunda olmayacaq. Hücumçu koronavirusa yoluxub. “Qarabağ”ın məşqçisi Elçin Rəhmanov bildirib ki, heyət sarıdan ciddi itkilərlə üzləşən komanda meydana xal qazanmaq üçün çıxacaq:

“Rahil Məmmədov uzun müddətdir komanda ilə məşq etməyib. Yəqin ki oyundan kənarda qalacaq. Bədəvi Hüseynovla Patrik Andradenin də zədəsi davam edir.

Onlar da heyətdən kənarda qalacaqlar. Mahir Emreli də koronavirusa yoluxub. Salamat 13-14 futbolçumuz qalıb”.

Digər Xəbərlər
Xəbər Lenti