“Qarabağ”ı udacaqlarına işarə vurdu: “Əlimizə düşən fürsəti bilirik"

3 Dekabr 2020 00:42 Qarabağ 440
“Qarabağ”ı udacaqlarına işarə vurdu: “Əlimizə düşən fürsəti bilirik"

“Oyuna tam hazır olmalı və sona qədər mübarizə aparmalıyıq”.

Sportinfo.az xəbər verir ki, bunu “Makkabi”nin (Təl-Əviv) baş məşqçisi Giorqos Donis Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la keçiriləcək oyun barədə danışarkən deyib.

Təcrübəli mütəxəssis bu gün təşkil edilən mətbuat konfransında Azərbaycan çempionu barədə müsbət fikirlər səsləndirib:

“Bizi çətin oyun gözləyir. “Qarabağ”ın yeganə çatışmazlığı bütün oyunları başqa ölkələrdə keçirməsidir. Ancaq futbol oynamağa çalışan mütəşəkkil və keyfiyyətli komandadır. Onları təhlil etmişik, həm fərdi, həm də kollektiv baxımdan necə oynadıqlarını bilirik”.

Donis növbəti mərhələyə vəsiqə qazanmaq üçün qələbə qazanmaq məcburiyyətində olduqlarını söyləyib: “Əlimizə düşən fürsəti bilirik. Bütün fikrimizi sabahkı oyuna yönəltmişik. Ümid edirəm ki, sonda nəticədən də məmnun qalacağıq”.

İstanbuldakı “Başakşəhər Fatih Terim” stadionunda keçiriləcək “Qarabağ” – “Makkabi” oyunu Bakı vaxtı ilə saat 21:55-də start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular