"Qarabağ" çox güclüdür, onları analiz etmişik"

2 Dekabr 2020 23:00 Qarabağ 330
"Qarabağ" çox güclüdür, onları analiz etmişik"

"Məqsədimiz növbəti mərhələyə yüksəlməkdir.

Sabah yaxşı nəticə qazanmalıyıq. Xalı olmasa da, "Qarabağ" keyfiyyətli komandadır".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Makkabi"nin futbolçusu Maor Kandil klubun rəsmi saytına açıqlamasında Avropa Liqasının qrup mərhələsinin V turunda "Qarabağ"la matç barədə danışarkən deyib.

27 yaşlı müdafiəçi bildirib ki, onları güclü komandaya qarşı sərt oyun gözləyir: "Rəqib çox güclüdür. Amma onları analiz etmişik. Bu mövsüm Türkiyədə oynamışıq. Qısa uçuş olduğu üçün rahatıq. Bizim üçün çox vacib matç olacaq".

Dekabrın 3-də Türkiyənin İstanbul şəhərindəki “Başakşəhər Fatih Terim” stadionunda keçiriləcək “Qarabağ” – “Makkabi” matçı Bakı vaxtı ilə saat 21:55-də başlayacaq. Azərbaycan klubu ölkədəki hərbi vəziyyətlə əlaqədar ev oyunlarını neytral meydanda keçirir.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"