Qurban Qurbanov qaldı - FOTOLAR

2 Dekabr 2020 16:10 Qarabağ 705
Qurban Qurbanov qaldı - FOTOLAR

"Qarabağ" Avropa Liqasının qrup mərhələsinin V turunda qarşılaşacağı "Makkabi" ilə matç üçün Türkiyəyə yola düşüb.

Sportinfo.az xəbər verir ki, Ağdam təmsilçisi İstanbul şəhərinə yollanıb.

Komandanın baş məşqçisi Qurban Qurbanov koronavirusa yoluxduğu üçün səfərdə yer almayıb.

Bakı vaxtı ilə saat 16:30-da ölkə çempionunun mətbuat konfransı, 19:30-da isə komandanın son məşqçi baş tutacaq.

Dekabrın 3-də Türkiyənin İstanbul şəhərindəki “Başakşəhər Fatih Terim” stadionunda keçiriləcək “Qarabağ” – “Makkabi” matçı Bakı vaxtı ilə saat 21:55-də başlayacaq. Azərbaycan klubu ölkədəki hərbi vəziyyətlə əlaqədar ev oyunlarını neytral meydanda keçirir.

Digər Xəbərlər
Xəbər Lenti