İrlandiyadan - "Qarabağ" - "Makkabi" matçının hakimləri

2 Dekabr 2020 14:40 Qarabağ 282
İrlandiyadan - "Qarabağ" - "Makkabi" matçının hakimləri

"Qarabağ" və "Makkabi" (Təl-Əviv) arasında keçiriləcək Avropa Liqasının V tur matçı üçün təyinatlar açıqlanıb.

Sportinfo.az xəbər verir ki, qarşılaşma İrlandiyadan olan hakimlər briqadasına həvalə edilib.

Referi Robert Hennessiyə yan xətt hakimləri Allen Linç və Emmet Dinan köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Pol Maklaflin yerinə yetirəcək.

Hakim-inspektor Serbiyadan Deyan Filipoviç, UEFA nümayəndəsi isə Rumıniyadan Oktavian Qoqadır.

Dekabrın 3-də Türkiyənin İstanbul şəhərindəki “Başakşəhər Fatih Terim” stadionunda keçiriləcək “Qarabağ” – “Makkabi” matçı Bakı vaxtı ilə saat 21:55-də başlayacaq. Azərbaycan klubu ölkədəki hərbi vəziyyətlə əlaqədar ev oyunlarını neytral meydanda keçirir.

Digər Xəbərlər
Xəbər Lenti