İsrail mediasından "Qarabağ" üçün gələn xəbər

2 Dekabr 2020 14:00 Qarabağ 872
İsrail mediasından "Qarabağ" üçün gələn xəbər

Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda “Qarabağ”ın qonağı olacaq “Makkabi” (Təl-Əviv) oyuna itkilərlə çıxacaq.

Sportinfo.az xəbər verir ki, cəzalı olduğu üçün Enrik Saborit matçı buraxacaq.

İspaniyalı müdafiəçi “Vilyarreal”la oyunda sarı vərəqə alaraq cəzalı duruma düşüb.

Bundan başqa, İsrail mətbuatı “Vilyarreal”la oyunda zədələnən yarımmüdafiəçi Dan Qlazerin də Ağdam klubu ilə görüşdə iştirak edə bilməyəcəyini yazıb.

Dekabrın 3-də Türkiyənin İstanbul şəhərindəki “Başakşəhər Fatih Terim” stadionunda keçiriləcək “Qarabağ” – “Makkabi” matçı Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti