“Qarabağ” Zubirə fayda verir, yoxsa Zubir “Qarabağ”a?

2 Dekabr 2020 12:40 Qarabağ 614
“Qarabağ” Zubirə fayda verir, yoxsa Zubir “Qarabağ”a?

“Qarabağ”ın futbolçusu Abdullah Zubir Premyer Liqada 50-ci oyununu keçirib.

Fransalı yarımmüdafiəçi yubileyini “Səbail”lə XI turun səfər matçında (1:1) qeyd edib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan çempionatında yalnız bir klubun – Ağdam təmsilçisinin şərəfini qoruyub.

Zubir 50 oyunda 14 qol vurub. Debütü 2018/19 mövsümünə təsadüf edən fransalı 23 oyunda 6 dəfə fərqlənib. Ötən çempionatın 19 görüşündə 5 dəfə fərqlənən yarımmüdafiəçi cari mövsümdə 8 matçda 3 qola sevinib.

Zubir Premyer Liqada 2018-ci il sentyabrın 14-də “Sumqayıt”la ev matçında (1:0) debüt edib.

Digər Xəbərlər
Xəbər Lenti