"Qarabağ"dan bunu gözləmirdim, məni təəccübləndirdilər"

2 Dekabr 2020 18:00 Qarabağ 870
"Qarabağ"dan bunu gözləmirdim, məni təəccübləndirdilər"

"Sivasspor"un baş məşqçisi Rza Çalımıbay yenə "Qarabağ"ı xatırlayıb.

Sportinfo.az xəbər verir ki, Türkiyə təmsilçisinin çalışdırıcısı Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda qazandıqları 3:2 hesablı qələbənin onlara asan başa gəlmədiyini bildirib.

O, Azərbaycan çempionunun ünvanına müsbət fikirlər səsləndirib: "Bizim üçün çətin bir matç idi. Problemlərimiz çoxdur. Hər şeydən öncə komandamla qürur duyuram.

Mükəmməl mücadilə etdilər. Orta sahədə sıxıntımız vardı. Robin Yalçının 20-ci dəqiqədə zədələnməsi işimizi bir qədər də çətinləşdirdi.

Hesabda iki dəfə geri düşməyimizə baxmayaraq, oyundan qopmadıq. Oyunçularımıza bir şey olar deyə, qapıçılara da forma hazırlamışdıq. Meydançaya çıxan hər futbolçum çox yaxşı mücadilə etdi.

"Qarabağ"dan bu qədər yaxşı oyun gözləmirdim. Məni təəccübləndirdilər. Azərbaycan çempionu kifayət qədər gözəl performans sərgilədi.

Maraqlı və dostcasına bir matç keçirdik. Qrupda yola davam etmək üçün bu matçı qazanmağımız gərəkirdi. Çətin də olsa, qazandıq.

Zədəli və xəstə futbolçularımız vaxtında komandaya qoşula bilsə, qrupdakı son iki qarşılaşmanı da qazanmağa çalışacağııq".

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"