“8 hazır oyunçum var” - “Qarabağ”la oyunöncəsi narahatdır

30 Noyabr 2020 14:40 Qarabağ 484
“8 hazır oyunçum var” - “Qarabağ”la oyunöncəsi narahatdır

“Son matçlarda uzun ötürmələrə çox üstünlük verirdik və real qol vəziyyəti yaratmaqda çətinlik çəkirdik.

Ancaq hücum performansımızın oyundan-oyuna artdığını görürəm”.

Sportinfo.az xəbər verir ki, bunu “Makkabi”nin (Təl-Əviv) baş məşqçisi Giorqos Donis ölkə çempionatının VIII turunda Kfar-Saba “Hapoel”i üzərində 3:0 hesablı qələbə qazandıqları oyundan sonra deyib.

Avropa Liqasının V turunda “Qarabağ”la qarşılaşacaq “Makkabi” heyətlə bağlı ciddi problemlər yaşayır. Donis koronavirus pandemiyası səbəbindən əksər futbolçuların sərəncamında olmadığını söyləyib:

“Mövsümün əvvəlində oyunçumuz çox idi. Ancaq koronavirus bütün klub heyətinin azalmasına səbəb oldu. Stabilliyi qorumaq istəyirəm. Tam hazır vəziyyətdə olan və müntəzəm çıxış edə bilən cəmi 8 oyunçum var. Amma hər kəs oyun şansı əldə edə bilər”.

“Qarabağ” – “Makkabi” görüşü dekabrın 3-də İstanbuldakı “Başakşəhər Fatih Terim” stadionunda keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!