"Qapıçılarımıza da futbolçu forması düzəltmişdik"

27 Noyabr 2020 11:20 Qarabağ 411
"Qapıçılarımıza da futbolçu forması düzəltmişdik"

"Komandamla qürur duyuram. Matça daxil olma ehtimalına qarşı qapıçılarımıza da futbolçu forması düzəltmişdik".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Sivasspor"un baş məşqçisi Rıza Çalımbay Avropa Liqasının qrup mərhələsinin IV turunda "Qarabağ"a 3:2 hesabı ilə qalib gəldikləri matçdan sonra "BeIN Sports"a açıqlamasında deyib.

57 yaşlı mütəxəssis bildirib ki, qapıçılar Ali Şaşal və Mamadu Samassaya futbolçu forması hazırlayıblar. "İsak Kofieni oyuna daxil etdikdən sonra ehtiyatda heç kim qalmadı. Ehtiyac olacağı təqdirdə qapıçıları da meydana buraxa bilərdik".

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"