Qardaş "sağ ol"u - İSTANBULDAN FOTOREPORTAJ

27 Noyabr 2020 09:20 Qarabağ 460
Qardaş "sağ ol"u - İSTANBULDAN  FOTOREPORTAJ

“Qarabağ” avrokuboklarda növbəti oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində mübarizə aparan Ağdam təmsilçisi bu gün IV turun matçına çıxıb.

Ev oyununu İstanbulda keçirən Qurban Qurbanovun yetirmələri Türkiyənin “Sivasspor” klubu ilə görüşüb. Hər iki komanda zədəli və koronavirusa yoluxan futbolçuların çoxluğu səbəbindən kasad heyətlə meydana çıxıb.

İlk üç qarşılaşmada uduzan “Qarabağ” “Başakşəhər Fatih Terim” stadionunda iki dəfə hesabda önə keçməsinə baxmayaraq, nəinki qələbə qazanmayıb, heç xal da ala bilməyib. 5 topun vurulduğu görüşdə Abdullah Zubir və Uroş Matiçin qolları uğursuz seriyaya son qoymaq üçün kifayət etməyib.

Qrupda ardıcıl 4-cü məğlubiyyətdən sonra Azərbaycan çempionunun 1/16 final şansının üstündən rəsmən xətt çəkilib. Artıq son iki tur Qurbanovun kollektivi üçün formal xarakter daşıyacaq.

Digər Xəbərlər
Xəbər Lenti