UEFA-dan "Qarabağ" rəsmisinə ağır cəza

26 Noyabr 2020 18:10 Qarabağ 428
UEFA-dan "Qarabağ" rəsmisinə ağır cəza

UEFA "Qarabağ" ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov haqqında intizam işi barədə qərarı açıqlayıb.

Sportinfo.az UEFA-nın saytına istinadən xəbər verir ki, onun ömürlük futbol fəaliyyətindən kənarlaşdırılmasına qərar verilib. Buna klub nümayəndəsinin özünün "Feysbuk" səhifəsində ermənilərlə bağlı çağırış yayması səbəb olub. Bundan başqa, “Qarabağ” 100 min avro məbləğində cərimələnib.

Noyabrın 4-də “Qarabağ” N.İbrahimovu futboldan müvəqqəti kənarlaşdırıldığı açıqlanmışdı.

Digər Xəbərlər
Xəbər Lenti