“Qarabağ”la oyunun “11-liy”i - 4-3-3 taktiki sxemi, 8 legioner

26 Noyabr 2020 16:40 Qarabağ 543
“Qarabağ”la oyunun “11-liy”i - 4-3-3 taktiki sxemi, 8 legioner

Avropa Liqasının IV turunda bu gün “Qarabağ”la qarşılaşacaq Türkiyə klubu “Sivasspor”un təxmini “11-liy”i müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, “igidlər”in baş məşqçisi Rıza Çalımbay sərəncamında olan 15 oyunçu arasından seçim edəcək.

Təcrübəli mütəxəssisin meydana buraxacağı start heyəti artıq bəlli olub. 4-3-3 taktiki sxemində çıxış edəcək sivaslıların heyətində 8 legioner çıxış edəcək.

Qapıçı: Mamadu Samassa
Müdafiəçilər: Uğur Çiftçi, Samba Kamara, Marselo Qoyano, Caner Osmanpaşa
Yarımmüdafiəçilər: İsak Kofi, Klaudemir, Robin Yalçın
Hücumçular: Yasin Öztəkin, Aruna Kone, Maks Qradel

İstanbuldakı “Başakşəhər Fatih Terim” stadionunda keçiriləcək “Qarabağ” – “Sivasspor” matçı Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı