Əgər bir komanda Mahir Emrelinin ümidinə qalırsa…

26 Noyabr 2020 13:40 Qarabağ 580
Əgər bir komanda Mahir Emrelinin ümidinə qalırsa…

Avropa Liqasının IV turunun “Sivasspor”la ev oyunu “Qarabağ”ın futbolçusu Mahir Emreli üçün əlamətdar olacaq.

Sportinfo.az xəbər verir ki, hücumçu avrokuboklarda 50-ci matçını keçirəcək.

Yubiley İstanbuldakı “Başakşəhər” stadionunda gerçəkləşəcək. Bunun üçün Mahir Sivas təmsilçisi ilə görüşdə meydana çıxmalıdır.

O, bütün avrokubok matçlarını bir klubun – “Qarabağ”ın heyətində keçirib. Emrelinin aktivində 5 qol var.

Forvard 2016-cı il iyulun 12-də Çempionla Liqasının “Düdelanj”la (Lüksemburq) ev matçında avrokuboklarda debüt edib. Həmin matçda “Qarabağ” 2 cavabsız qolla qələbə qazanıb.

Mahir 49 avrokubok matçında 5 sarı vərəqə alıb. 33 dəfə start heyətində meydana çıxan və bunların 19-da əvəzolunmadan mübarizə aparan hücumçu 16 görüşdə sonradan meydana girib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı