Qurban Qurbanov ona jest edən əsgərdən xəbər tutdu və… VİDEO

26 Noyabr 2020 09:40 Qarabağ 1 218
Qurban Qurbanov ona jest edən əsgərdən xəbər tutdu və… VİDEO

Azərbaycan Ordusunun əsgərləri Qubadlıda futbol oynayıb.

Bunu əks etdirən görüntülər sosial şəbəkədə yayılıb.

Onlar müharibə bitdikdən sonra yorğunluq və stress atmaq üçün futbol oynayıblar.

Yaşıl meydançada top qovan əsgərlərdən biri daha çox diqqət çəkmişdi. Belə ki, o, arxasına «Qurban Qurbanov» yazılmış hərbi forma geyinmişdi.

Redaksiyamıza daxil olan məlumata görə, «Qarabağ»ın baş məşqçisi artıq bu video ilə tanışdır. Ağdam klubunun rəhbərliyi Qurbanovun xahişi ilə həmin əsgərlə əlaqə yaradıb.

Məqsəd münasib vaxtda onu klubun bazasına dəvət etmək və kollektivlə görüşünü təşkil eləməkdir. Təbii ki, bu görüşdən xatirə olaraq, hərbçiyə Qurbanovun adı yazılmış orginal forma da hədiyyə veriləcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti