Qurban Qurbanov: "Qardaşıq, amma qələbə qazanmaq istəyirik"

25 Noyabr 2020 20:30 Qarabağ 455
Qurban Qurbanov: "Qardaşıq, amma qələbə qazanmaq istəyirik"

"Başda Türkiyə olmaqla, hər zaman bizə dəstək olan ölkələrə təşəkkürümü bildirirəm. Bu bütün türk dünyasının qələbəsidir".

Sportinfo.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının I qrupunun IV turunda "Sivasspor" ilə keçirəcəkləri oyun öncəsi mətbuat konfransında deyib.

48 yaşlı mütəxəssis bildirib ki, komandası sabahkı matçda meydana qələbə üçün çıxacaq:

"Çətin olacağını bilirik. Çünki heyətimizdə zədəli və cəzalı futbolçular var. Sabah iki qardaş ölkənin komandası qarşılaşacaq. Buna baxmayaraq, qələbə qazanmaq istəyirik".

Digər Xəbərlər
Xəbər Lenti