Danımarkalılar “Qarabağ” yolunda - “Sivasspor” üçün

24 Noyabr 2020 13:40 Qarabağ 313
Danımarkalılar “Qarabağ” yolunda - “Sivasspor” üçün

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində “Sivasspor” ilə keçirəcəyi matçının hakimləri müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, UEFA oyuna Danimarkadan olan hakimlər briqadasını göndərmək qərarına gəlib.

İstanbulda baş tutacaq qarşılaşmada Yakob Kehlet ədalət təmsilçisi olacaq. Ona həmyerliləri Heyne Sorensen və Lars Hummelqard kömək edəcəklər. Dördüncü hakim funksiyasını Yens Mae yerinə yetirəcək.

Oyunun hakim inspektoru belaruslu Oleq Çikun, UEFA nümayəndəsi lüksemburqlu Çarls Şok olacaq.

Noyabrın 26-da “Başakşəhər Fatih Terim” stadionunda keçiriləcək “Qarabağ” – “Sivasspor” görüşü Bakı vaxtı ilə 21:55-də start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti