UEFA "Qarabağ"la əlaqəli NÖVBƏTİ QƏRARINI VERDİ

23 Noyabr 2020 16:40 Qarabağ 1 153
UEFA "Qarabağ"la əlaqəli NÖVBƏTİ QƏRARINI VERDİ

"Qarabağ"ı n Avropa Liqasının qrup mərhələsindəki "Makkabi" (Təl-Əviv) ilə son ev oyunu da Türkiyədə keçiriləcək.

Sportinfo.az xəbər verir ki, qarşılaşma 90 faiz İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda gerçəkləşəcək.

UEFA-dan Ağdam klubuna bununla bağlı məktub gəlib və bildirilib ki, hazırlıq ona uyğun görülsün. 10 faiz ehtimalla isə oyun Bakıda keçirilə bilər. Amma bu real görünmür. Hələ ki, qurumdan "Qarabağ"a tam rəsmi məktub gəlməyib.

Dekabrın 3-də keçiriləcək “Qarabağ” – “Makkabi” martçı Bakı vaxtı ilə saat 21:55-də başlayacaq. Ölkə çempionu II turda "Vilyarreal"a 1:3 hesabı ilə uduzduğu matçı da bu arena keçirib.

"Köhlən atlar" IV turda "Sivasspor"u da "Başakşehir Fatih Terim" stadionunda qəbul edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!