Qurban Qurbanov: “Mən belə halla qarşılaşmamışdım“

23 Noyabr 2020 16:20 Qarabağ 653
Qurban Qurbanov: “Mən belə halla qarşılaşmamışdım“

“Heyətdə zədəli futbolçular çoxdur, onların növbəti oyuna çatmağı çətindir“.

Sportinfo.az xəbər verir ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

O, Avropa Liqasının 4-cü turu çərçivəsində “Sivasspor“la keçiriləcək cavab matçına hazırlıq barədə danışıb. Təcrübəli mütəxəssis bildirib ki, eyni vaxtda 4 müdafiəçinin sıradan çıxması onlara ciddi problem yaradır:

“Bəlkə Bədavi Hüseynov 15-20 dəqiqəlik oynamağa hazır olsun. Rahil Məmmədovla Maksim Medvedev ölkə xaricindədir.

Rahilin durumu yaxşıdır, amma Maksimdə hələ simptomlar var. Abbas Hüseynov yəqin ayın sonuna kimi hazır olmayacaq. Onun zədəsi bir az ciddidir.

Patrik Andrade də ayın sonuna qədər olmayacaq. Bəlkə karyeramda heyətimizdə zədəlilərin sayının çoxluğu olub, amma eyni mövqedə bu qədər futbolçunun olmamasıyla qarşılaşmamışdım.

Bu, hər komandanın başına gələ biləcək şeydir. Çalışacağıq, elə edək ki, problemlərimiz görünməsin“.

Digər Xəbərlər
Xəbər Lenti