Azərbaycan çempionu ikinci dəfə… - FOTO

30 Oktyabr 2020 18:48 Qarabağ 465
Azərbaycan çempionu ikinci dəfə… - FOTO

“Qarabağ” Avropa Liqasının qrup mərhələsinə iki məğlubiyyətlə başlayıb.

Sportinfo.az xəbər verir ki, I turda Təl-Əviv “Makkabi”sinə 0:1 hesabı ilə uduzan Qurban Qurbanovun yetirmələri "Vilyarreal”a da məğlub olub.

1:3 hesablı yenilgidən sonra İ qrupunun turnir cədvəlində sonuncu pilləyə yuvarlanan “Qarabağ” tarixində ikinci dəfə Avropa Liqasının qrupuna belə uğursuz başlayıb.

Ümumilikdə 6-cı dəfə bu turnirin əsas raundunda qüvvəsini sınayan Qurbanovun komandası yalnız 2018/19 mövsümündə ilk iki matçda məğlubiyyət alıb.

Digər 4 mövsümdə isə təmsilçimiz bu qarşılaşmalarda xalsız ayrılmayıb. 2015/16 və 2019/20 mövsümlərində “Qarabağ” startda 1 qələbə və 1 məğlubiyyətə imza atıb. 2014/15 və 2016/17 mövsümlərində isə ilk iki turun qazancı 1 xal olub.

Ağdamlılar Avropa Liqasında oynamadığı 2017/18 mövsümündə Çempionlar Liqasında mübarizə aparıb. Həmin vaxt da qrupun ilk iki oyununda məğlubiyyət yaşanıb (apasport.az) .

2014/15

2

0

1

1

0-2

1

2015/16

2

1

0

1

2-3

3

2016/17

2

0

1

1

3-7

1

2018/19

2

0

0

2

0-5

0

2019/20

2

1

0

1

4-4

3

2020/21

2

0

0

2

1-4

0

Digər Xəbərlər
Xəbər Lenti
15 Aprel 16:30 Çək və bizə göndər!