"Qarabağ”ın məğlubiyyətinin səbəbkarı Avroliqanın zirvəsində

30 Oktyabr 2020 14:36 Qarabağ 666
"Qarabağ”ın məğlubiyyətinin səbəbkarı Avroliqanın zirvəsində

Avropa Liqasının qrup mərhələsinin II turundan sonra futbolçuların reytinq siyahısı açıqlanıb.

Sportinfo.az xəbər verir ki, dünənki oyunlardan sonra cədvəldə ciddi dəyişikliklər olub.

İngiltərə “Tottenhem”inin koreyalı legioneri Hyunq-Min Son zirvəni əldən verərək 2-ci sıraya düşüb – 4607 xal. İlk pilləyə isə İspaniya “Vilyarreal”ının futbolçusu Pako Alkaser çıxıb.

Azərbaycan çempionu “Qarabağ”ıa matçın sonlarında meydana daxil olan futbolçu dubla imza atıb. Alkaser bu iki qolla Ağdam təmsilçisi üzərində 3:1 hesablı qələbədə pay sahibi olub. Ardıcıl ikinci dubla imza atan forvard 4838 xalla siyahıya başçılıq edir.

İlk “üçlüy”ü Avstriya “Volfsberger”inin Mihael Liendl qapayır. Onun 4495 xalı var.

Avropa Liqasın qrupundakı yeganə Azərbaycan təmsilçisi “Qarabağ”ın ən yaxşısı Şahruddin Məhəmmədəliyevdir. 1290 xala malik qapıçı turnirdə 304-cüdür.

Komandanın digər iki ən yaxşısı “Vilyarreal”a vurulan qolda rol oynayanlardır. Gözəl ötürməyə imza atan Patrik Andrade 1196 xalla 331-cü, qol sevinci yaşayan Ovusu Kvabena 910 xalla 424-cüdür.

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu