"Əvvəlki illərə nisbətən hərtərəfli səviyyəmiz bir az aşağı düşüb"

30 Oktyabr 2020 10:38 Qarabağ 453
"Əvvəlki illərə nisbətən hərtərəfli səviyyəmiz bir az aşağı düşüb"

"Elə bir fərqi yoxdur. İndi elə bir dövrdür ki, Avropada düşünülməyən nəticələr var".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov səsləndirib.

Təcrübəli mütəxəssis "heyətin gücləndirilməsini çempionat, yoxsa Avropa Liqası üçün istəyirsiz" sualını bu cür cavablandırıb: "Makkabi" ilə oyunumuzdan sonra qrupdakı komandaların hamısı öz çempionatında xal itirmişdi.

Bunlar elə-belə şeylər deyil. Çünki komandalar çox enerji itirirlər. Bakdakı matçda ciddi rotasiya edə bilməyəcəyəm. Təkcə Abbas Hüseynovun 3-4 gündən bir 6 və ya 7-ci oyunu idi.

Hətta ehtiyatlanırdım ki, zədələnə bilər. "Keşlə" ilə oyuna hazırlaşmalıyıq, ancaq müdafiədə problemlərimiz var. Sağlam oyunçu çox olanda həm çempionatda, həm də avrokuboklarda istədiyimiz keyfiyyəti göstərə bilirik.

Futbolçuların orqanizmi fərqlidir, bu oyunlar da böyük enerji aparır. Çempionatda qələbələrimizin sayının az olması təsadüfi deyil. Bizim üçün asan olmayacaq.

Əvvəlki illərə nisbətən hərtərəfli səviyyəmiz bir az aşağı düşüb. Ancaq yenə də səviyyəmizi qorumağa çalışırıq. Oyunçuların sayının çox olması vacibdir. Futbol sürət, güc tələb edir".

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"