“Vilyarreal”dan 10, "Qarabağ"dan 1 zərbə, bir qol

30 Oktyabr 2020 00:10 Qarabağ 399
“Vilyarreal”dan 10, "Qarabağ"dan 1 zərbə, bir qol

Avropa Liqasının qrup mərhələsinin “Qarabağ” (Azərbaycan) – “Vilyarreal” (İspaniya) matçının statistikası açıqlanıb.

Sportinfo.az xəbər verir ki, UEFA I qrupunda baş tutan II turun görüşünün göstəricilərini hesablayıb.

Ev oyununu Türkiyədə keçirən Azərbaycan çempionunu 1:3 hesabı ilə uduzduğu görüşdə İspaniya təmsilçisindən geri qalıb. Çərçivəyə cəmi bir zərbə endirən “Qarabağ” qol vurub. Qonaqlar isə 10 dəfə çərçivəni nişan alıb.

“Qarabağ” (Azərbaycan) – “Vilyarreal” (İspaniya)
Qollar – 1:3

Zərbələr – 5:15
Çərçivəyə zərbələr – 1:10
Çərçivəyə düşməyən zərbələr – 2:2
Bloklanan zərbələr – 2:3
Künc zərbələri – 3:10
Oyundankənar vəziyyət – 0:2
Topa sahibolma faizi – 48:52
Ötürmələrin dəqiqlik faizi – 83:83
Ötürmələr -439:468
Dəqiq ötürmələr – 365:387
Sarı vərəqələr – 4:1
Qırmızı vərəqələr – 0:0
Qayda pozuntuları – 1:13

Digər Xəbərlər
Xəbər Lenti