“Qarabağ” hesabı açdı və… “Vilyarreal”a məğlub oldu

29 Oktyabr 2020 23:48 Qarabağ 711
“Qarabağ” hesabı açdı və… “Vilyarreal”a məğlub oldu

“Qarabağ” bu gün Avropa Liqasında növbəti matçına çıxıb.

Sportinfo.az xəbər verir ki, avrokuboklarda mübarizəni davam etdirən yeganə təmsilçimiz qrup mərhələsinin ikinci turu çərçivəsində “Vilyarreal” ilə üz-üzə gəlib.

Məlum səbəblərdən “Qarabağ” bu rəqibini Bakıda yox, İstanbulda qəbul edib. Azərbaycan çempionu bu oyunda xal hesabını açmağı hədəfləsə də, hesabı açdığı qarşılaşmadan məğlubiyyətlə ayrılıb.

Xatırladaq ki, “Qarabağ” ilk turda Təl-Əviv “Makkabi”sinə (İsrail) 0:1 hesabıyla uduzubsa, “Vilyarreal” Türkiyənin “Sivasspor” klubuna 5:3 hesabıyla qalib gəlmişdi. Bu gün qrupun digər oyununda “Sivasspor” da evdə “Makkabi”yə 1:2 hesabıyla uduzub.

İ qrupu
29 oktyabr

“Qarabağ” – “Vilyarreal” 1:3
Qol: K.Ovusu, 78 – Y.Pino, 80. P.Alkaser, 85; 90+6-pen.

Baş hakim: Pavel Orel (Çexiya).

İstanbul. “Başakşəhər Fatih Terim” stadionu.

Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev (k), 4. Rahil Məmmədov, 6. Patrik Andrade, 7. Kvabena Ovusu, 9. Xayme Romero, 10. Abdullah Zubir, 19. Filip Ozobiç, 30. Abbas Hüseynov, 77. Donald Gerye, 81. Kevin Medina.

Ehtiyat oyunçular: 12. Emil Balayev, 94. Ayhan Arazlı, 5. Maksim Medvedev, 8. Uroş Matiç, 11. Mahir Emreli, 18. İsmayıl İbrahimli, 22. Musa Qurbanlı, 27. Toral Bayramov, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov.

Baş məşqçi: Qurban Qurbanov.

Vilyarreal: 13. Xeronimo Rulyi, 4. Pau Torres, 8. Xuan Foyt, 9. Karlos Bakka, 10. Visente İborra (k), 11. Samu Çukvueze, 14. Manu Triqeros, 16. Takefusa Kubo, 20. Ruben Pena, 21. Xaume Kosta, 24. Alfonso Pedraza.

Ehtiyat oyunçular: 1. Serxio Asenco, 35. Filip Yorgensen, 2. Mario Qaspar, 3. Raul Albiol, 6. Funes Mori, 17. Pako Alkaser, 19. Fransis Koklen, 23. Moi Qomes, 30. Yeremi Pino, 32. Aleks Baena, 34. Fernando Nino.

Baş məşqçi: Unay Emeri.

Digər Xəbərlər
Xəbər Lenti